Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Nərimanovda avtomobil içkili piyadanı vuraraq ağır xəsarət yetirib
Nərimanovda avtomobil içkili piyadanı vuraraq ağır xəsarət yetiribTarix: 6-09-2023, 09:12. Müəllif: admin2 |
|
Bakının Nərimanov rayonunda 35 yaşlı kişini avtomobil vurub. Heydər Əliyev prospektində piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçən 1988-ci il təvəllüdlü Elçin Kamal oğlu Qəhrəmanovu avtomobil vurub. İçkili şəxs təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq yerdəyişən sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Geri Qayıt |