Seninem.Az > Mədəniyyət / Manşet Yuxarı / Manşet Sağ > Binədə altı yaşlı uşaq ikinci mərtəbədən yıxılıb
Binədə altı yaşlı uşaq ikinci mərtəbədən yıxılıbTarix: 11-09-2023, 10:08. Müəllif: admin2 |
|
Bakının Xəzər rayonunda altı yaşlı uşaq evin ikinci mərtəbəsindən yerə yıxılaraq ağır xəsarətlər alıb. Binə qəsəbəsi, “Mehriban qonşular” deyilən ərazidə 2017-ci il təvəllüdlü İbrahim Ruhin oğlu Ələkbərli ehtiyatsızlıqdan yaşadığı evin ikinci mərtəbəsindən yerə yıxılıb. Azyaşlı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və təpə sümüklərinin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Geri Qayıt |