Sabahın havası AÇIQLANDI

Sabahın havası AÇIQLANDI

Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. 

Bu barədə Manset.az-a Milli Hiderometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.скачать dle 10.6фильмы бесплатно
16-01-2023, 14:17
Baxıs: 286
Reyting: