Seninem.Az > Maraqli / Manşet Yuxarı / Manşet Sağ > Sabahın havası AÇIQLANDI
Sabahın havası AÇIQLANDITarix: 16-01-2023, 14:17. Müəllif: admin2 |
Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Bu barədə Manset.az-a Milli Hiderometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq. Geri Qayıt |