Yardımlıda avtomobil dərəyə aşdı: Ölən və yaralananlar var
Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.
Hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1966-ci il tavallüdlü Zeynalov İlqar Əhmədağa oğlu idarə etdiyi “UAZ” markalı minik avtomobillə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri – Zeynallı Seymur Elxan oğlu və Zeynallı İsmət Etibar oğlu xəsarətlər alıb. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. |
XƏBƏR LENTİ
Dünən, 19:08
Dünən, 19:02
Dünən, 17:46
Dünən, 13:39
Dünən, 13:30
Dünən, 13:28
Dünən, 11:16



































