Ağdaşda ağır qəza

Ağdaşda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info-nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonun Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu idarə etdiyi “VAZ-21 06” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında ağaca çırpılıb.

Nəticədə Kotanarx kənd sakinləri, 1998-ci il təvəllüdlü Əliyarov Nəsib Mahmud oğlu, 1998-ci il təvəllüdlü Qəribov Şəmistan Bəhlul oğlu və 1994-cü il təvəllüdlü Əliyarov Nəsir Ənvər oğlu hadisə yerində ölüb.

Digər sərnişin və sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
27-08-2020, 09:29
Baxıs: 21 927
Reyting: