Avtobusda sərnişinin başına iş gəldi, yaralandı

Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Leqal.info”
Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələlik müəyyən edilməmiş minik avtomobili hərəkətdə olarkən təkər hissəsindən çıxan dəmir parçası Bakı-Lənkəran istiqamətində gedən avtobusun pəncərəsindən sərnişin - Lənkəran şəhər sakini 1947-ci il təvəllüdlü Lidiya Məmmədovanın üz nahiyəsinə dəyərək ona ağır xəsarət yetirib.

Yaralı qadın dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti hazırda normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
3-11-2023, 18:06
Baxıs: 532
Reyting: