Seninem.Az > Kriminal / Manşet Yuxarı > Ağdaşda ağır qəza

Ağdaşda ağır qəza


Tarix: 27-08-2020, 09:29. Müəllif: admin
Ağdaşda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Leqal.info-nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonun Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu idarə etdiyi “VAZ-21 06” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında ağaca çırpılıb.

Nəticədə Kotanarx kənd sakinləri, 1998-ci il təvəllüdlü Əliyarov Nəsib Mahmud oğlu, 1998-ci il təvəllüdlü Qəribov Şəmistan Bəhlul oğlu və 1994-cü il təvəllüdlü Əliyarov Nəsir Ənvər oğlu hadisə yerində ölüb.

Digər sərnişin və sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt