Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Yardımlıda avtomobil dərəyə aşdı: Ölən və yaralananlar var
Yardımlıda avtomobil dərəyə aşdı: Ölən və yaralananlar varTarix: 22-08-2023, 09:39. Müəllif: admin2 |
|
Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var. Hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1966-ci il tavallüdlü Zeynalov İlqar Əhmədağa oğlu idarə etdiyi “UAZ” markalı minik avtomobillə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri – Zeynallı Seymur Elxan oğlu və Zeynallı İsmət Etibar oğlu xəsarətlər alıb. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. Geri Qayıt |