Azərbaycanda dəhşətli qəza: Maşını arxaya verərkən azyaşlının üzərindən keçib öldürdü

Azərbaycanda dəhşətli qəza: Maşını arxaya verərkən azyaşlının üzərindən keçib öldürdü

Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Qeyd edilib ki, hadisə iyunun 4-ü, saat 18 radələrində Abşeron rayon Qobu qəsəbəsində baş verib.

Belə ki, qara rəngli “Honda” markalı avtomobilin sürücüsü maşını arxaya hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Rəhimov Aqil Murad oğlunun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.

Azyaşlının ailəsindən Oxu.az-a bildirilib ki, hadisəni törədən sürücü həmin ərazidə yaşayır, qonşudur. Ailə üzvləri onu da qeyd ediblər ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.скачать dle 10.6фильмы бесплатно
9-06-2023, 13:24
Baxıs: 182
Reyting: