Bakıda “Shacman” markalı yük maşını ofisə girib

Bakıda yük avtomobili ofisə girib. Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Shacman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.

Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə iş vaxtı başa çatdığından işçilər obyektdə olmayıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.
Bakıda “Shacman” markalı yük maşını ofisə girib
Bakıda “Shacman” markalı yük maşını ofisə giribскачать dle 10.6фильмы бесплатно
8-02-2018, 20:10
Baxıs: 11 491
Reyting: