Seninem.Az > Kriminal > Bakıda “Shacman” markalı yük maşını ofisə girib
Bakıda “Shacman” markalı yük maşını ofisə giribTarix: 8-02-2018, 20:10. Müəllif: admin |
|
Bakıda yük avtomobili ofisə girib. Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Shacman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb. Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə iş vaxtı başa çatdığından işçilər obyektdə olmayıb. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır. ![]()
Geri Qayıt |