Seninem.Az > Kriminal / Manşet Yuxarı / Manşet Sağ > Azərbaycanda dəhşətli qəza: Maşını arxaya verərkən azyaşlının üzərindən keçib öldürdü
Azərbaycanda dəhşətli qəza: Maşını arxaya verərkən azyaşlının üzərindən keçib öldürdüTarix: 9-06-2023, 13:24. Müəllif: admin2 |
![]() Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Qeyd edilib ki, hadisə iyunun 4-ü, saat 18 radələrində Abşeron rayon Qobu qəsəbəsində baş verib. Belə ki, qara rəngli “Honda” markalı avtomobilin sürücüsü maşını arxaya hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Rəhimov Aqil Murad oğlunun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib. Azyaşlının ailəsindən Oxu.az-a bildirilib ki, hadisəni törədən sürücü həmin ərazidə yaşayır, qonşudur. Ailə üzvləri onu da qeyd ediblər ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb. Geri Qayıt |