Goranboyda qəza: Hərbçilər öldü

Goranboyda qəza: Hərbçilər öldü

Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev Mercedes markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qəzada ölənlər hər ikisi hərbçilərdir.скачать dle 10.6фильмы бесплатно
16-05-2023, 10:23
Baxıs: 346
Reyting: