Polis əməkdaşı qəzada ÖLDÜ

Polis əməkdaşı qəzada ÖLDÜ

Goranboyda polis əməkdaşı qəzada vəfat edib.

Hadisə Zeyvə kəndi ərazisində qeydə alınıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məsələ ilə bağlı bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə kənd ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə etdiyi “Opel” markalı avtomobil ilə idarə etməni itirib və nəticədə avtomobil aşıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin-Goranboy Rayon Polis Şöbəsinə əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb”.

Faktla bağlı araşdırmalar davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
7-04-2023, 10:15
Baxıs: 336
Reyting: