“Azərsu” ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb. Hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində baş verib. Belə ki, qəsəbələrarası su xətlərinin çəkilməsi ilə əlaqədar ərazidə işləyən ASC-yə məxsus Əliəkbər Şıxıyevin idarə etdiyi avtomobili geriyə hərəkət edən zaman 68 yaşlı Atlas Əsədovanı vuraraq öldürüb.