Xocavənddə avtobus qəzasında xəsarət alanlardan 11-i Türkiyə vətəndaşıdır
Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
Nazirlikdən Leqal.info-ya bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib. Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır. "İki nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib. |
XƏBƏR LENTİ
Bu gün, 15:51
Bu gün, 15:51
Bu gün, 15:51
Bu gün, 15:51
Bu gün, 15:51
Bu gün, 15:51
Bu gün, 15:51