Seninem.Az > Kriminal / Manşet Yuxarı > Xocavənddə avtobus qəzasında xəsarət alanlardan 11-i Türkiyə vətəndaşıdır

Xocavənddə avtobus qəzasında xəsarət alanlardan 11-i Türkiyə vətəndaşıdır


Tarix: 7-02-2022, 11:00. Müəllif: admin
Səhiyyə Nazirliyi Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən Leqal.info-ya bildirilib ki, qəza nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşdirilib.

Qeyd olunub ki, onlardan 11-i Türkiyə vətəndaşıdır.

"İki nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir", - məlumatda bildirilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt