Bakıda polis rəisi özünü güllələyərək intihar edib
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Bu barədə Leqal.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. |
XƏBƏR LENTİ
Dünən, 11:15
Dünən, 11:15
Dünən, 11:15
Dünən, 11:15



































