Seninem.Az > Kriminal / Manşet Yuxarı > Bakıda polis rəisi özünü güllələyərək intihar edib
Bakıda polis rəisi özünü güllələyərək intihar edibTarix: 9-07-2021, 12:53. Müəllif: admin |
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Bu barədə Leqal.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. Geri Qayıt |