UEFA Avropa Liqasının finalına görə

​BNA UEFA Avropa Liqasının Finalına iki marşrut ayırıb

Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

Bu barədə “Leqal.info”ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun “28 May” stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər. Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.скачать dle 10.6фильмы бесплатно
28-05-2019, 17:18
Baxıs: 57 598
Reyting: