AZƏRBAYCANLI HAKİMLƏR UEFA GƏNCLƏR LİQASININ OYUNUNA TƏYİNAT ALIB

Azərbaycanlı FIFA referisi Rəhim Həsənov növbəti beynəlxalq təyinat alıb.

Leqal.info "Report"a istinadən xəbər verir ki, Həsənov Belarusda "Minsk" və Macarısyanın "İlles Akademia" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Namiq Hüseynov və Mübariz Həşimov yan xətt hakimləri qismində yardımçı olacaqlar. Belaruslu Viktor Şımusik dördüncü hakim, Oleq Çıkun hakim-inspektor, gürcüstanlı Nikoloz Jqarkava isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Oktyabrın 3-də Minskdəki "Traktor" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.скачать dle 10.6фильмы бесплатно
30-09-2018, 19:35
Baxıs: 35 196
Reyting: