Seninem.Az > İdman / Manşet Yuxarı > AZƏRBAYCANLI HAKİMLƏR UEFA GƏNCLƏR LİQASININ OYUNUNA TƏYİNAT ALIB

AZƏRBAYCANLI HAKİMLƏR UEFA GƏNCLƏR LİQASININ OYUNUNA TƏYİNAT ALIB


Tarix: 30-09-2018, 19:35. Müəllif: admin
Azərbaycanlı FIFA referisi Rəhim Həsənov növbəti beynəlxalq təyinat alıb.

Leqal.info "Report"a istinadən xəbər verir ki, Həsənov Belarusda "Minsk" və Macarısyanın "İlles Akademia" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Namiq Hüseynov və Mübariz Həşimov yan xətt hakimləri qismində yardımçı olacaqlar. Belaruslu Viktor Şımusik dördüncü hakim, Oleq Çıkun hakim-inspektor, gürcüstanlı Nikoloz Jqarkava isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Oktyabrın 3-də Minskdəki "Traktor" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt