UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək
2018-2019-cu il mövsümündə UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.
Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu qərar bu gün İsveçrədə UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Bakıda final oyunu 2019-cu il mayın 29-da baş tutacaq. Həmin mövsümdə Çempionlar Liqasının final oyununa iyunun 1-də Madridin "Vanda Metropolitano" stadionu ev sahibliyi edəcək. 2019-cu ildə UEFA Superkuboku oyunu isə avqustun 14-ü İstanbulun "Vodafon Park" stadionunda keçiriləcək. |
XƏBƏR LENTİ
Dünən, 16:36
Dünən, 14:39
Dünən, 13:15






