Belarusla Azərbaycan birgə süd məhsulları istehsal edə bilər

Belarus Azərbaycana süd məhsullarının birgə istehsalının yaradılması imkanını nəzərdən keçirməyi təklif edib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Belarusun baş nazir müavini Mixail Rusıy Minskdə səfərdə olan Gəncə şəhər icra hakimi Niyazi Bayramovla görüşü zamanı deyib.

Nazir müavini bildirib ki, Azərbaycan ərazisindən üçüncü tərəfin bazarlarına çıxış əldə etmək daha asandır.

Bundan başqa, tərəflər Gəncədə elektrobus istehsalının təşkil olunmasını müzakirə edib. Qeyd olunub ki, bu məsələ hazırda “Belkommunmaş” şirkəti ilə Gəncə avtomobil zavodu arasında nəzərdən keçirilir.

Eyni zamanda ölkələr Türkiyədə traktor istehsalı üzərində işləyir. Nazir müavini əlavə edib ki, aprel ayında ilkin nəticələr qiymətləndiriləcək.скачать dle 10.6фильмы бесплатно
23-01-2019, 15:19
Baxıs: 44 540
Reyting: