Qardaş ölkədə güclü ZƏLZƏLƏ: Ölən və yaralananlar var
Pakistanın Pəncab əyalətinin şimalındakı Celam dairəsində baş verən zəlzələ nəticəsində ən azı bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.
![]() Azia.az axar.az-a istinadən bildirir ki, bu barədə “Dawn” nəşri yerli administrasiyaya istinadən məlumat yayıb. Məlumata görə, maqnitudası 4,8 olan zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib, episentr Celamdan 58 km cənub-qərbdə olub. Hadisə nəticəsində 10 ev zədələnib. Hadisə yerinə polis, xilasetmə xidməti və yerli administrasiyanın nümayəndələri cəlb edilib. Axtarış-xilasetmə işləri davam edir. “12 yaralı tibb mərkəzinə çatdırılıb, onlardan səkkizi sonradan xəstəxanaya köçürülüb. Bir yeniyetmənin həlak olduğu üzə çıxıb”, – məlumatda qeyd edilib. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































