Prezident İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Belarus Respublikasının Baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulandı, ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artırılmasının zəruriliyi qeyd edildi.

Belarusun Baş nazirinin müavini Gəncə traktor zavodunda 10 mininci traktorun yığılmasının əlamətdar bir hadisə olduğunu vurğulayaraq, Azərbaycan ilə Belarusun bu birgə məhsulunun üçüncü ölkələrə ixrac edilməsi imkanlarının araşdırılmasının önəmini qeyd etdi.

Dövlətimizin başçısı, öz növbəsində, bunu əlamətdar hadisə kimi qiymətləndirərək, regionlara səfəri zamanı fermerlərin Azərbaycan-Belarus birgə məhsulu olan traktorların keyfiyyətindən razılıq etdiklərini vurğuladı və bu məhsulun ixracı üçün yaxşı imkanların olduğunu dedi.скачать dle 10.6фильмы бесплатно
2-04-2018, 10:14
Baxıs: 63 725
Reyting: