Azərbaycan prezidenti: “Şərq Tərəfdaşlığı” sammiti yaxşı nəticələr verib”

Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyib.

Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana səfərini xatırlayan prezident İlham Əliyev bu səfərin uğurla keçdiyini bildirib və ölkələrimiz arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Dövlət başçısı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı ticarət, investisiya qoyuluşu, ölkələrimizin daha çox şirkətlərinin birgə çalışmasının önəmini vurğulayıb.

Prezident İlham Əliyev bu baxımdan iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan prezident İlham Əliyev bu yaxınlarda Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini və yaxşı nəticələr verdiyini bildirərək sammitdə qəbul edilən Bəyannamənin əhəmiyyətini vurğulayıb, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində danışıqlar aparıldığını və bu sazişin əməkdaşlığımızın qarşılıqlı maraq doğuran bütün sahələrini, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət sahələrini əhatə edəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı Azərbaycan ilə Xorvatiya arasında energetika sahəsində uzunmüddətli əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu deyərək Xorvatiyanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında mütəmadi iştirak etməsindən məmnun olduğunu bildirib.

M. Daliç isə Bakıya gəlişindən məmnunluğunu ifadə edərək ölkəmizdə özlərini evdəki kimi hiss etdiklərini bildirib. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyərək, iki dövlət başçısının əməkdaslığımızın genişlənməsi baxımından birgə səylərinin önəmini qeyd edib. Xanım Martina Daliç sərmayə qoyuluşu, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu dedi və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın uğurla fəaliyyət göstərdiyini qeyd edib.

*** 11.41

Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Birgə Komissiyanın həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. скачать dle 10.6фильмы бесплатно
29-11-2017, 13:18
Baxıs: 596
Reyting: