“Bu qatarla Türkiyəyə qədər gedəcəyik”

“Biz işimizi vicdanla yerinə yetirməyə çalışdıq”.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə sürət qatarının hərəkətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.

O, bu reysi böyük hadisə adlandıraraq rəhbərlik etdiyi qurumun planlarının bununla yekunlaşmadığını qeyd edib: “Biz bununla kifayətlənməyəcəyik. Bu qatarla Türkiyəyə qədər gədəcəyik".

Sədr tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək arzularını çatdırıb: “Arzu edirəm ki, biz bu qatarla Murovdan keçib Kəlbəcərə, Xankəndinə gedək. Biz o dığalara Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik".

Tədbirdə həmçinin, Gəncə hadisələrində şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin oğlu lham Balakişiyev çıxış edib. ADY-nin əməkdaşı olan İ.Balakişiyev bugünkü hadisənin nəqliyyat tarixində böyük əhəmiyyətə malik olduğunu bildirib.скачать dle 10.6фильмы бесплатно
29-12-2018, 13:49
Baxıs: 45 433
Reyting: