Vergilər naziri Efiopiyanın səfiri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Efiopiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehlə görüşüb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və genişləndirilməsi perspektivləri, eləcə də ticarət dövriyyəsinin artırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Vergilər Nazirliyi ilə Efiopiyanın vergi orqanı arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.скачать dle 10.6фильмы бесплатно
22-02-2018, 14:18
Baxıs: 28 848
Reyting: