MSK sədri İranın səfiri ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 8-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanda seçkilərin hər zaman böyük maraqla izlənildiyini qeyd edən İranın Azərbaycandakı səfiri ölkənin seçki sistemi, seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatdırılması istiqamətində görülmüş işlər və bu il keçiriləcək prezident seçkilərinə hazırlıqla maraqlanıb. M. Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq və xarici qurumlarla əməkdaşlığa həmişə açıqdır və bu münasibətlər əldə olunan nailiyyətlərdə və qazanılmış yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir. MSK sədri seçkilərin yüksək səviyyədə təşkil olunaraq, azad və ədalətli keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin olduğunu vurğulayıb. O, seçki qanunvericiliyi, seçki komissiyalarının fəaliyyət prinsipləri və prezident seçkiləri ilə bağlı vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün gerçəkləşdirilməsi nəzərdə tutulan irimiqyaslı layihələrdən ətraflı söhbət açıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно
8-02-2018, 15:49
Baxıs: 11 269
Reyting: