“Qazprombank” Azərbaycanda yeni layihələr reallaşdırmağı planlaşdırır
“Qazprombank” Azərbaycanda bir sıra layihələr reallaşdırmağı planlaşdırır.
Bu barədə Trend-ə bankdan bildiriblər. Qeyd olunub ki, Azərbaycanda maliyyələşmə üçün prioritet sahələr əsasən neft, qaz və neft-qaz-kimya sahələridir: “Biz bu sahədə bir sıra iri layihələr reallaşdırmışıq və SOCAR-la əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”. Məlum olduğu kimi, “Qazprombank” Qaradağ rayonunda inşa olunacaq qaz-kimya kompleksinin tikintisi layihəsində SOCAR-la birgə iştirak edir. Rusiya bankı Azərbaycanda “SOCAR Polymer” zavodunun tikintisinin maliyyələşdirilməsində iştirak etmişdi. Bank bu layihə üçün 489 milyon dollar kredit ayırmışdı. |
XƏBƏR LENTİ
17-04-2024, 09:27
17-04-2024, 09:27
17-04-2024, 09:27
17-04-2024, 09:27
17-04-2024, 09:27
12-04-2024, 08:27
12-04-2024, 08:27
12-04-2024, 08:27
9-04-2024, 07:06