Seninem.Az > İqtisadiyyat / Manşet Yuxarı > “Qazprombank” Azərbaycanda yeni layihələr reallaşdırmağı planlaşdırır
“Qazprombank” Azərbaycanda yeni layihələr reallaşdırmağı planlaşdırırTarix: 9-09-2019, 21:00. Müəllif: admin |
“Qazprombank” Azərbaycanda bir sıra layihələr reallaşdırmağı planlaşdırır. Bu barədə Trend-ə bankdan bildiriblər. Qeyd olunub ki, Azərbaycanda maliyyələşmə üçün prioritet sahələr əsasən neft, qaz və neft-qaz-kimya sahələridir: “Biz bu sahədə bir sıra iri layihələr reallaşdırmışıq və SOCAR-la əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”. Məlum olduğu kimi, “Qazprombank” Qaradağ rayonunda inşa olunacaq qaz-kimya kompleksinin tikintisi layihəsində SOCAR-la birgə iştirak edir. Rusiya bankı Azərbaycanda “SOCAR Polymer” zavodunun tikintisinin maliyyələşdirilməsində iştirak etmişdi. Bank bu layihə üçün 489 milyon dollar kredit ayırmışdı. Geri Qayıt |