Azərbaycan və BMT 18 milyon dollarlıq layihələr reallaşdırmağı planlaşdırır
2018-ci ildə Azərbaycan və BMT Tərəfdaşlıq barədə çərçivə sazişi çərçivəsində 18 milyon dollardan çox məbləğdə layihələr reallaşdırmağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu saziş çərçivəsində yaradılmış idarəetmə komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. Onun sözlərinə görə, 2017-ci ildə bu sənəd çərçivəsində 16,5 milyon dollar məbləğində layihələr icra olunub. Nazir müavini xatırladıb ki, layihələrin ümumi məbləği 72 milyon dollar təşkil edir: “Bu platforma çərçivəsində 47 layihə reallaşdırılıb. Bunlar 3 sahəni əhatə edir: iqtisadiyyatın şaxələndirilməsi və layiqli əməyin təmin olunması; institusional potensialın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması; ekoloji problemlərlə bağlı risklərin qiymətləndirilməsi, bu sahədə idarəetmənin təkmilləşdirilməsi”. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57