"Yuventus" "Real"dan daha yaxşıdır"

"Ayaks"ın baş məşqçisi Erik ten Haq "Yuventus" ilə Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunu ilə bağlı proqnozlarını bölüşüb.

"Mövsümün əvvəlində heç kim gözləmirdi ki, biz Çempionlar Liqasının ¼ final mərhələsində oynayacağıq. Lakin komanda mükafatlar uğrunda mübarizə apara biləcək irəliləyişə nail oldu. Biz özümüzə və yaxşı nəticəyə inanırıq.

"Yuventus" "Real"dan daha yaxşıdır, o, çox yetkin komandadır. Ötən həftə biz çox yaxşı oynadıq, indi həmin şeyi təkrar etmək lazımdır", - deyə UEFA-nın rəsmi saytı mütəxəssisin sözlərini sitat gətirib.

"Yuventus" - "Ayaks" matçı bu gün axşam Turinin "Alyans" stadionunda keçiriləcək. Amsterdamdakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.скачать dle 10.6фильмы бесплатно
16-04-2019, 08:36
Baxıs: 60 501
Reyting: