Bu gün 1/4 final mərhələsinin püşkü atılacaq
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.
"Leqal.info" xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Prosedura əsasən, komandalar “səpələnmişlər” və “səpələnməmişlər”ə bölünməyəcəklər. Bir ölkəni təmsil edən kollektivlər bir-birləri ilə düşə bilərlər. Digər məhdudiyyətlərlə bağlı püşk ərəfəsində məlumat veriləcək. İngiltərə təmsilçiləri “Mançester Siti” və “Mançester Yunayted” ev oyunlarını eyni və yaxın günlərdə keçirə bilməzlər. UEFA-nın Yarışların Təşkili Komitəsinin qaydalarına əsasən, ötən mövsüm milli çempionatda daha aşağı pillədə finiş edən komanda, yəni “Mançester Yunayted” həmin oyunu səfərdə keçirməli olacaq. Belə olan halda, yarımfinal matçlarının təqvimi 1/4 finaldan sonra təsdiqlənəcək. İnzibati məsələlərlə əlaqədar olaraq, mərasimdə finalda nominal ev sahib olacaq komandanı müəyyənləşdirmək üçün də püşk atılacaq. 1/4 final mərhələsinin iştirakçıları “Ayaks” (Hollandiya) “Barselona” (İspaniya) “Yuventus” (İtaliya) “Liverpul” (İngiltərə) “Mançester Siti” (İngiltərə) “Mançester Yunayted” (İngiltərə) “Portu” (Portuqaliya) “Tottenhem” (İngiltərə) Qeyd edək ki, 1/4 finalın oyunları 9-10 və 16-17 apreldə keçiriləcək. Yarımfianl görüşləri 30 aprel–1 may və 7-8 mayda olacaq. Final matçı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” statdionunda baş tutacaq. |
XƏBƏR LENTİ
17-03-2023, 16:20
17-03-2023, 16:15
17-03-2023, 16:07
17-03-2023, 12:25
17-03-2023, 12:16
17-03-2023, 12:02
17-03-2023, 11:36
17-03-2023, 08:26
17-03-2023, 08:14