“Real Madrid” çətin səfərdə qələbə qazana bilib

İspaniya La Liqasının 27-ci turunda “Valyadolid” dogma meydanda “Real Madrid”I qəbul edib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, matç 1:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Hesabı “Valyadolid”in oyunçusu Tuhami 29-cu dəqiqədə açıb. Lakin Varan 34-cü dəqiqədə tarazlığı bərpa edib.

Benzema 51 və 59-cu dəqiqələrdə dubla imza atıb. Oyunda son nöqtəni Modriç 85-ci dəqiqədə qoyub.

Bununla da, “Real Madrid” 51 xalla üçüncü, “Valyadolid” isə 26 xalla 16-cı pillədə qərarlaşıb.скачать dle 10.6фильмы бесплатно
11-03-2019, 04:00
Baxıs: 53 331
Reyting: