“REAL MADRİD”İN FUTBOLÇUSUNUN SƏHHƏTİNDƏ PROBLEM YARANIB

İspaniyanın “Real Madrid” komandasının futbolçusu İskonun səhhətində problem yaranıb.

“Report” “Marca”ya istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə appendisit kəskinləşməsi diaqnozu qoyulub. Onun bu gün əməliyyat olunacağı və bərpa prosesinin bir ay çəkəcəyi bildirilir.

Qeyd edək ki, “Real Madrid” oktyabrın 28-də X tur çərçivəsində “Barselona”nın qonağı olacaq. İskonun həmin görüşə qədər sıraya dönəcəyi təxmin edilir.скачать dle 10.6фильмы бесплатно
25-09-2018, 17:59
Baxıs: 30 706
Reyting: