Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib
FİFA İngiltərənin paytaxtı Londonda ötən ilin ən yaxşılarını mükafatlandırır.
Leqal.info-nun Apasport.az-a istinadən məlumatına görə, “Palladium” teatrında keçirilən “The Best” adlı tədbirdə müxtəlif nominasiyalarda ən yaxşılar bəlli olur. Əvvəlcə 2017-ci ilin ən yaxşı qolu nominasiyasında qalib müəyyənləşib. Ardınca isə ilin ən yaxşı baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan 2017-ci ilin ən yaxşı məşqçisi seçilib. Qeyd edək ki, Zidan ötən mövsüm “Real”la İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub. |
XƏBƏR LENTİ
Dünən, 08:01
Dünən, 07:59
Dünən, 07:57
Dünən, 07:51
Dünən, 07:36





































