"QARABAĞ" "SABAH"A QALİB GƏLİB

Azərbaycan Premyer Liqasının VI turunda daha bir matç baş tutub.

Leqal.info "Report"a istinadən xəbər verir ki, ilk oyun günündə son çempion "Qarabağ" debütant "Sabah"ın qonağı olub. Ağdam təmsilçisi 82-ci dəqiqədə Miçel Madeyranın baş zərbəsi ilə vurduğu qolla hesabı açıb. Son nöqtəni isə 88-ci dəqiqədə İnnosent Emeqara qoyub - 2:0.

Qarşılaşmanın 49-cu dəqiqəsində Filip Ozobiç penaltidən yararlana bilməyib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Saşa Stamenkoviç dəf edib.

Həftəyə 1-ci pillədə başlayan "Qarabağ" bu qələbə sayəsində xalını 16-ya çatdırsa da, liderliyi əldən verib. Buna səbəb "Neftçi"nin turun açılış matçında "Səbail"i 4 cavabsız qolla məğlub etməsidir. Eyni xala malik "ağ-qaralar" top fərqinə görə zirvəni ələ keçirib.

Qeyd edək ki, tura sentyabrın 30-da keçiriləcək "Sumqayıt" - "Zirə" və "Qəbələ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.скачать dle 10.6фильмы бесплатно
29-09-2018, 23:03
Baxıs: 32 735
Reyting: