Prezident Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayırıb

Azərbaycan prezidenti İlham Əliyev Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında sərəncam imzalayıb.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.скачать dle 10.6фильмы бесплатно
3-10-2017, 18:08
Baxıs: 511
Reyting: