Cəlilabad-Yardımlı yolunun tikintisi üçün 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasən, Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Leqal.info |
XƏBƏR LENTİ
Bu gün, 17:09
Bu gün, 09:50
Bu gün, 09:17
Bu gün, 08:58
Bu gün, 08:47
26-05-2023, 12:32
26-05-2023, 12:00