Azərbaycanda 3 oyun koronavirusa görə təxirə salındı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun 5 dekabr tarixdə keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də 6 dekabrda keçirilməli olan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxması səbəbindən təxirə salınıb.

Leqal.info xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Görüşlərin tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, 12-ci turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da baş tutacaq.скачать dle 10.6фильмы бесплатно
3-12-2020, 21:59
Baxıs: 37 858
Reyting: