İşdən çıxarılan nazir müavini danışdı - “İndi elə bir vəziyyətdir ki...”

İşdən çıxarılan nazir müavini danışdı - “İndi elə bir vəziyyətdir ki...”

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyev açıqlama verib.

Elnur Əliyev evində olduğunu bildirib: “Hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”.

Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da, ötən gün nazirin birinci müavini vəzifəsindən azad olunub. Əməliyyatdan sonra nazirliyin texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri İlkin Nəsibov isə həbs edilib. Onun E.Əliyevin xalası oğlu olduğu iddia olunur.

"Gununsesi.info"скачать dle 10.6фильмы бесплатно
4-11-2022, 12:25
Baxıs: 403
Reyting: