Azərbaycanda daha 6 113 nəfər koronavirusa yoluxub, 18 nəfər ölüb
Azərbaycanda bu gün koronavirus infeksiyasına 6 113 yeni yoluxma faktı qeydə alınıb, 3 267 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Leqal.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 18 nəfər COVID-19-dan dünyasını dəyişib. İndiyədək ölkədə ümumilikdə 676 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 633 994 nəfər müalicə olunaraq sağalıb, 8 797 nəfər vəfat edib. 33 635 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 272, bu günə qədər isə ümumilikdə 6 208 402 test icra olunub. |
XƏBƏR LENTİ
Dünən, 11:05
Dünən, 11:02
Dünən, 10:29
Dünən, 10:09
Dünən, 10:09



































