Azərbaycanda daha 662 nəfər koronavirusa yoluxub, 1 452 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 662 yeni yoluxma faktı qeydə alınıb, 1 452 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 611 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 588 790 nəfər müalicə olunaraq sağalıb, 8 222 nəfər vəfat edib, aktiv xəstə sayı 14 545 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 157, ötən müddət ərzində isə ümumilikdə 5 767 538 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
21-12-2021, 19:30
Baxıs: 38 344
Reyting: