Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib.

“Report” "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə politoloq və "Qovorit Moskva" radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər verib.

O bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.

Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb.

Həmçinin siyasətçinin ölümü barədə ərəb ölkələrindəki həyat tərzini işıqlandıran teleqram-kanal da məlumat yayıb. Yerli müxalifət qurumlarından birinin "Youtube" kanalı prezidentin iyulun 20-də öldüyünü xəbər verib.

Hazırda xəbər rəsmi səviyyədə nə təsdiq, nə də təkzib edilib.скачать dle 10.6фильмы бесплатно
21-07-2019, 19:09
Baxıs: 171 178
Reyting: