Tramp "YouTube" video portalının baş ofisindəki atışmada yaralananlara başsağlığı verib
ABŞ prezidenti Donald Tramp "YouTube" video portalının Kaliforniya ştatında, San-Bruno şəhərindəki baş ofisində baş vermiş atışma zamanı yaralananlara başsağlığı verib.
Leqal.info "Report"-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Dövlət başçısı bildirib ki, hadisədən yenicə xəbər tutub. O, yaralılara dua etdiyini qeyd edərək arzularını bildirib. Ağ Ev rəhbəri həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hadisəyə dərhal reaksiya vermələrinə görə təşəkkürünü ifadə edib. Daha əvvəl şəhərin polis rəisi Ed Barberini "YouTube" ofisində atışma zamanı 4 nəfərin xəsarət aldığını xəbər verib. Onun sözlərinə görə, hadisəni törədən qadın özünü öldürüb. |
XƏBƏR LENTİ
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
24-04-2024, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57