"Youtube"un işində problem yaranıb

Dünyanın bir çox yerində istifadəçilər "YouTube" videoservisinin işində problemlərin olduğunu bildirirlər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə internet-resursların işini izləyən "Downdetector" bildirir.

"Downdetector"un məlumatında deyilir: "2 aprel 2018-ci il saat 22:55:24-də Youtube-da problemlər var".

Daha çox videoservisin işləməsində problemlərin olduğunu ABŞ-da, Kanadada, Braziliyada, Almaniyada, İsveçdə, Böyük Britaniyada, İtaliyada, İspaniyada, Fransada, Belarusda, Ukraynada, Rusiyada bildirirlər.

"YouTube" arıtq bu məsələ ilə bağlı öz "Twitter" səhifəsində açıqlama verib. Videoservis bildirib ki, problemin aradan qaldırılması üçün işlər aparılır.скачать dle 10.6фильмы бесплатно
3-04-2018, 02:45
Baxıs: 77 800
Reyting: