Əlcəzairdə müvəqqəti prezident seçilib

Əlcəzair Milli Assambleyası ölkənin Millət Şurasının sədri Əbdülqadir bin Salehi müvəqqəti prezident seçib.

Leqal.info “Report”a istinadən xəbər verir ki, o, yaxın 90 gün ərzində prezident səlahiyyətlərini icra edəcək.

Əlcəzairin paytaxında yüzlərlə vətəndaş parlamentin Yuxarı palatasının (Millət Şurası) sədri Əbdülqadir bin Salehin müvəqqəti prezident təsdiq edilməsinə etiraz aksiyası keçirib. Parlamentdə deputatların çoxu onun bu vəzifəyə təyin olunmasına qarşı çıxış ediblər.

Qeyd edək ki, Əlcəzair Prezidenti Əbdüləziz Buteflika aprelin 2-də istefa verib. 82 yaşlı Ə.Buteflika 1999-cu il aprelin 28-dən 2019-cu il aprelin 2-dək ölkəyə rəhbərlik edib. Bir neçə ildir xəstəlikdən əziyyət çəkən Ə.Buteflika yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyirdi. Onun bu qərarı ölkədə böyük narazılığa və etiraz aksiyalarına səbəb olmuşdu. Nəticədə Ə.Buteflika istefa verib.

Əbdülqadir bin Salehi 1941-ci il noyabrın 24-də Əlcəzairin Fellausen şəhərində doğulub. 1997-2002-ci illərdə Milli Assambleyanın sədri olub. 2002-ci ildən Millət Şurasının sədridir.скачать dle 10.6фильмы бесплатно
9-04-2019, 15:00
Baxıs: 65 894
Reyting: